4 Yanvar 2016 09:18
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRTAC xəbər verir ki, İtaliyanın “Fiorentina” futbol klubunun cari ildə ilk məşqini 10 min azarkeş izləyib.

Məşq zamanı klubun futbolçuları azarkeşlərin bu cür dəstəklərinə qarşılıq olaraq stadionun mərkəzində ürək şəklində düzülərək onlara öz sevgilərini bildiriblər. Məşqin sonunda futbolçular fanatlarına futbol maykalarını hədiyyə edib. Məşqi heyranlıqla izləyən “Fiorentina” azarkeşləri klubun marşını səsləndirib və bayraqlarını dalğalandırıblar.

Hazırda İtaliya A seriyasının turnir cədvəlində ikinci yerdə qərarlaşan “Fiorentina” cədvəlin lideri olan “İnter”dən cəmi bir xal geridədir.


Müəllif: