9 Fevral 2016 20:18
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın aparıcı çempionatlarında PSJ-nin təcrübəli hücumçusu Zlatan İbrahimoviçin tayı-bərabəri yoxdu.

Cari mövsümdə 21 qol və 8 məhsuldar ötürmə müəllifi olan isveçli hücumçu hətta Luis Suares və Kristiano Ronaldo kimi “qol maşınları”nı da kölgədə qoyub.

34 yaşı olmasına baxmayaraq, İbrahimoviç hər kəsə meydan oxuyur: 2015/16 mövsümündə Fransa çempionatında 21 qol vuran forvard 8 ötürməsiylə də oyundaşlarına fərqlənmək üçün şərait yaradıb. “Qol+ötürmə” sistemiylə götürsək, Zlatan hazırda “böyük beşlik”də ən yaxşı göstəriciyə (29 xal) malikdi. İbranın ən yaxın izləyiciləri Ronaldo, Suares və Qonsalo İquayndı (hamısı 26 xal). İquayn “böyük beşlik”də ən çox qol vuran futbolçu (24) olsa da, məhsuldar ötürməsi azdı (2).

Hazırda Liqa-1-ə liderlik edən PSJ ən yaxın izləyicisi “Monako”nu 24 xal qabaqlayır.


Müəllif:

Oxşar xəbərlər