12 Fevral 2016 08:17
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonunda "Çelsi"dən gedəcəyi gözlənilən Eden Hazarda təkliflər gəlməkdə davam edir.

Belçikalı futbolçu ilə Fransanın PSJ klubu da yaxından maraqlanır.

Paris təmsilçisinin mövsümün sonunda Hazarda yüksək maaş təklif edəcəyi gözlənilir. Lakin 25 yaşlı futbolçu Madrid "Real"ına keçməsi üçün PSJ-nin təklifini rədd etməyə hazırdır. Belçika yığmasının aparıcı üzvü olan Hazardın "Real"ın baş məşqçisi Zinəddin Zidanla çalışmaq istədiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə "Çelsi"nin baş məşqçisi Qus Hiddink Hazardın mövsümün sonunda komandadan gedəcəyini açıqlayıb.


Müəllif: