16 Fevral 2016 11:51
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasında da uzunmüddətli fasilə başa çatır.

Publika.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunu ənənəvi olaraq, cümə axşamə yox, bu gün keçiriləcək.


Qrupda “Beşiktaş”ı üstələyərək lider kimi mərhələ adlayan Moskva “Lokomotiv”i yeni ilin ilk matçında Türkiyənin digər təmsilçisi “Fənərbaxça” ilə qarşılaşacaq. Məhz “Beşiktaş”la son görüşdə qırmızı vərəqə alaraq 4 oyunluq cəzaya məruz qalan rusiyalıların aparıcı müdafiəçisi Vedran Çorluka Türkiyəyə aparılmayacaq. Zədədən əziyyət çəkən braziliyalı hücumçu Maykonun iştirakı isə sual altındadır.

O ki qaldı “Fənərbaxça”ya, istanbulluların ən ciddi itkisi Raul Meyreleşdi. Dizində ağrılar olan portuqaliyalı yarımmüdafiəçi komandasına kömək edə bilməyəcək. Digər zədəli Robin van Persinin durumuna isə oyun günü aydınlıq gələcək.

Bu görüş siyasi baxımdan da böyük maraq doğurur. Türkiyə ilə Rusiya arasında yaşanmış son qalmaqallar UEFA-nın matça diqqətini artırıb. İstanbul təmsilçisi də bütün bunları nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.

Avropa Liqası. 1/16 final, ilk oyun

16 fevral

21:00 Fənərbaxça (Türkiyə) – Lokomotiv (Rusiya)

Baş hakim: Martin Stromberqsson (İsveç)
İstanbul. “Şükrü Saracoğlu” stadionu


Müəllif:

Oxşar xəbərlər