Fevralın 28-dən Malayziyanın paytaxtı Kuala-Lumpurda stolüstü tennis üzrə dünya çempionatına start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Argentina, Qazaxıstan, Qvatemala və Monqolustan komandalarına qalib gələn Azərbaycanın qadınlardan ibarət yığması martın 2-də yarımqrup mərhələsində son görüşünü Latviya komandası ilə keçirib.
Yığmamız 3:1 hesabı ilə Latviya komandasına qalib gələrək ilk dəfə öz divizionunda qrup lideri olub.
Yarışlar martın 6-dək davam edəcək.