Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.
Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq.
55 kq
1/4 final - Alyona Kolesnik - Vania Gomes (POR) / Simona Pricob (ROU)
61 kq
1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev
74 kq
1/8 final - Jakov Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov
İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.