24 Mart 2016 15:59
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" klubunun futbolçusu Arda Turan məşqə gecikdiyi üçün rəhbərlik tərəfindən cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Kataloniya klubunun ən çox cəza alan 4-cü futbolçusudur. Belə ki, "Barselona"da təlim-məşq toplantısına gecikən futbolçulara 200 avro pul cəzası verilir. İkinci dəfə gecikəndə bunun iki qatı yəni 400 avro, daha sonra isə 800 avro və s. cəza verilir.

Oyuna gecikəndə isə cəza daha ağır olur. Belə ki, oyuna gecikməyin cəzası 400 avrodan başlayır. Futbolçular təlim-məşq toplantısına 1 saat, oyuna isə 1 saat yarım qalmış gəlməlidirlər.

Yığılan cərimənin pulu xeyriyyə məqsədilə işlədilir.

Bu mövsüm ən çox cəza alan futbolçular bunlardır:

Xerard Pike: 6200 avro
Neymar: 1200 avro
Adriano: 1000 avro
Arda Turan: 600 avro

Yusif


Müəllif:

Oxşar xəbərlər