Argentina millisinin və "İnter"in sabiq futbolçusu Dieqo Milito karyerasını başa vuracaq.
Bu barədə 36 yaşlı futbolçunun özü məlumat verib.Hazırda ölkəsinin "Rasinq" klubunun şərəfini qoruyan Milito mövsümün sonunda futboldan gedəcəyini bildirib: "Libertadores kubokunda komandanın taleyi həll olunduqdan sonra mənim də karyeram başa çatacaq. Artıq klub prezidenti mənim bu qərarımdan məlumatı var. Əgər komandam yarımfinala qədər irəliləsə, həmin görüşlərdə oynamağa şad olacam".
Qeyd edək ki, Milito 2010-cu ildə "İnter"də Joze Mourinyonun rəhbərliyi altında 5 titul - İtaliya çempionluğunu, İtaliya kubokunu, İtaliya superkubokunu, Çempionlar Liqasını və Klublararası dünya çempionluğunu qazanıb.//Qol.az