Mən əslən böyük britaniyalıyam. İki ildir ki, Bakıda yaşayıram. Bu çox fantastik və gözəl tədbirdir. Marafonda gənclərlə yanaşı, yaşlı insanların da iştirak etməsi çox xoşuma gəldi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2016”da qadınlar arasında ikinci yeri tutmuş böyük britaniyalı Nataşa Petersen bildirib.
Böyük britaniyalı iştirakçı deyib: “Bu marafon Azərbaycanın və Bakı şəhərinin dünyada yaxından tanınması, ölkənizdə idmanın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həm də xeyriyyə məqsədi ilə keçirilən tədbirdə insanların bir araya gəlməsi, həmrəylik nümayiş etdirməsi, marafona Azərbaycan vətəndaşları ilə yanaşı, burada yaşayan əcnəbilərin qoşulması böyük önəm kəsb edir.