20 May 2016 18:57
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Premyer Liqanın sonuncu - 36-cı turunun oyunları keçirilir.

Teleqraf.com-un məlumatına görə, 3-cü yer uğrunda mübarizə aparan "Kəpəz" və "Qəbələ" Gəncədə qarşılaşıblar. Azərkeşlər oyunda bir qol görüblər: 76-cı dəqiqədə qonaqların heyətində Aleksey Qay fərqlənib - 1:0.

3-cü yerə digər namizəd "İnter" isə çempionatın 2-cisi "Zirə"ni qəbul edib. Oyunun 69-cu dəqiqəsində Abbas Hüseynov "İnter"i önə keçirib. Matçda başqa qol qeydə alınmayıb - 1:0.

Autsayderlərin qarşılaşması da maraqla qarşılanıb. "Rəvan"ın qonağı olan "Xəzər Lənkəran"ın oyunçusu Bayram Budaqov hakimin start fitindən iki dəqiqə sonra fərqlənib. 66-cı dəqiqədə İbrahim Qədirzadə fərqi artırıb.

Lakin Bakı təmsilçisi geriyə dönüş edə bilib. Əvvəlcə 76-cı dəqiqədə Yasin Həmid fərqlənib, 6 dəqiqə sonra isə Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərliyi təmin edib - 2:2. Beləliklə, cənub təmsilçisi turnir cədvəlində sonuncu yeri tutub.


Müəllif:

Oxşar xəbərlər