Türkiyə kubokunun final oyunu keçirilib.
Həlledici görüşdə İstanbul derbisi müəyyən edilib.
Türkiyə Superliqasında çempionluğu son anda əldən verən "Fənərbaxça" ölkə kubokunda da məğlubiyyətə üzülüb. Bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı məhz bu mövsüm çəkmək istəyən "Qalatasaray" minimalhesablı qələbəyə sevinərək kuboku başı üzərinə qaldırıb.
Matçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub. O, künc zərbəsindən sonra başla fərqlənib.