Milli komandamızın üzvü Ufuk Budaq karyerasını Türkiyənin “Kayserispor” klubunda davam etdirəcək.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub.
Bu günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir. 26 yaşlı müdafiəçinin son klubu PTT 1-ci liqasında çıxış edən “Qaziantep BB” olub.
Qeyd edək ki, “Kayserispor” gələn mövsüm superliqada mübarizə aparacaq.