6 Avqust 2016 12:32
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycanla İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməli qoyulub.

Teleqraf.com-un məlumatına görə, müəssisədə İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti birgə “Dena”, “Rana”, “Soren” və “Samand” markalı avtomobillər istehsal edəcəklər.

Birgə müəssisənin illik gücünün təxminən 10000 avtomobil təşkil edəcəyi planlaşdırılır.

Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli sərəncamına əsasən yaradılıb.


Müəllif:

Oxşar xəbərlər