17 Avqust 2016 12:41
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni iqtisadi şəraitdə ölkədə iqtisadi aktivliyin artırılması, qeyri-neft sektorunda yerli istehsalın genişləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü işlər həyata keçirilir”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hədəflənən nəticələrə nail olunması baxımından vergi sahəsində aparılan islahatlar müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, istənilən ölkədə iqtisadi münasibətlərin tənzimlənməsində vergi xidməti müstəsna rol oynayır.

“Dövlət başçısının vergi sahəsində islahatlarla əlaqədar sərəncamında vurğulanır ki, vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunub.

Həyata keçirilən islahatlar nəticəsində son 12 ildə respublikamızda vergi inzibatçılığı əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Sərəncamda ölkəmizdə yaxın perspektivdə həyata keçiriləcək vergi islahatlarının əsas istiqamətləri müəyyənləşdirilib. Zaman dəyişdikcə tələblər, meyarlar da dəyişir. Ölkəmiz yeni iqtisadi şəraitə keçib. Təbii ki, yeni dövr yeni yanaşma tələb edir. Hesab edirəm ki, sərəncamda nəzərdə tutulan vergi islahatları ölkəmizdə iqtisadi aktivliyin təmin olunmasına öz müsbət təsirini göstərəcək”, – deyə İ.Məmmədov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər