13 Oktyabr 2016 16:00
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA MMC) Müşahidə Şurasının ilk iclası keçirilib.

MİDA-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda Şuranın fəaliyyətinin təşkili ilə bağlı müvafiq məsələlərə dair qərarlar qəbul edilib, “MİDA” MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabatı dinlənilib və MMC-nin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib.

Bununla yanaşı Müşahidə Şurasının qərarı ilə “MİDA” MMC-nin Daxili Audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, agentliyin direktorunun qərarı ilə yaradılmış və 5 nəfərdən ibarət olan Müşahidə Şurasının tərkibinə agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadiqovdur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər