"Azərbaycan balı ərəb ölkələrində bəyənilib. Bu ildən Azərbaycandan həyata keçirilən ixrac missiyaları çərçivəsində ilk sifariş Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyindən irəli sürülüb".
Bunu "Report"a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
"Düzdür, Azərbaycanın təbii potesialına görə hazırda ölkədə kifayət qədər bal istehsal edilmir. Bununla belə, ixrac imkanlarını da nəzərdən keçiririk. "Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində iki ixrac missiyasında iştirak etmişik.
Biz Dubay və Almaniya bazarlarında Azərbaycan balına olan tələbatı araşdırmaq niyyəti ilə bu səfərlərə yollanmışdıq. Artıq Dubaya bal idxalına dair sifariş qəbul etmişik".
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycandan aponiyaya 6 ton bal ixrac edilib.