17 Fevral 2017 19:53
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvar ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,5 mlrd. manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 0,3% azalıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 3,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 1,7 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 4,2 faiz azalıb, qaz hasilatı isə 8,3% artıb.


Müəllif:

Oxşar xəbərlər