Azərbaycanda fəaliyyət göstərən qabaqcıl qablaşdırma məhsulları istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyilə "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası" təsis olunub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı martın 17-də keçirilmiş tədbirdə iştirakçıların təklifi əsasında "Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası"nın təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının, əlverişli biznes mühitinin yaradılmasının uğurlu iqtisadi siyasətin prioritet istiqamət olduğunu deyib.