Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Bakıya səfəri gözlənilir.
Energetika Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər martın 17-19-na planlaşdırılır.
Səfər çərçivəsində Azərbaycan ilə OPEC arasında əməkdaşlıq, OPEC+ sazişi çərçivəsində bu münasibətlərin möhkəmləndirilməsi məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.