Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, AMB-in valyuta ehtiyatları sentyabrın 1-nə 5 milyard 503,5 milyon dollar olub. Bu göstərici avqustun 1-i ilə müqayisədə 43,4 milyon dollar az, ilin əvvəli ilə müqayisədə 168,9 milyon dollar çoxdur.