12 Mart 2019 09:11
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft-qaz sektoruna qarşı texniki sanksiyalar "“LUKoyl"un və ümumilkdə sahənin işinə mənfi təsir göstərib, lakin məhdudiyyətlərə uyğunlaşmaq mümkündür.

Trend-in verdiyi məlumata görə, bu barədə "“LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Hyustonda keçirilən "CERAWeek" neft-qaz konfransında deyib.

V.Ələkbərov bildirib: "Bu gün biz, əlbəttə, sanksiya rejimini hiss edirik, bu, yalnız Rusiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərmir. Bizə gəldikdə, mürəkkəb yataqların işlənməsinə istiqamətləndirilmiş "Total" ilə birgə iri müəssisə dağıldı. Dəniz əməliyyatları üçün avadanlıqların alınması sanksiya nizamlayıcısı ilə razılaşdırılır".

Şirkətin prezidenti qeyd edib ki, sanksiyalar şirkət üçün həll edilməyəcək problemlər yaratmır. Onun sözlərinə görə, hələ beş il əvvəl yerli şirkətdə avadanlıqların payı 42% təşkil edirdi, bu gün isə bu göstərici 70% bərabərdir: "Bu gün sanksiyalar bizim üçün ziyandır, mənfi təsiri var. Lakin biz ümid edirik ki, bu mənfi dövr sabitləşib və yüngülləşməyə başlayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər