Çinin cənubundakı Guangxi Zhuang muxtar əyalətindəki ibtidai məktəbə edilən bıçaqlı hücumda 4 şagird həyatını itirib.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, yerli vaxtla bu gün səhər 6 radələrində Lingshan qəsəbəsindəki hücumu orta yaşlarındakı bir təcavüzkarın törətdiyi qeyd edilib. Hücumda 3 məktəblinin hadisə yerində, birinin də xəstəxanada həyatını itirdiyi açıqlanıb. Polisin təcavüzkarı tutmaq üçün əməliyyata başladığı bildirilib.
Çində son zamanlar xüsusilə kiçik yaşdakı uşaqların təhsil aldığı məktəblərə keçirilən bıçaqlı hücumlar artıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.