17 Avqust 2020 15:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin "Credit Suisse" bankı qızıl üçün qiymət proqnozunu artırıb.

Teleqraf.com xəbər verir ki, bank qızılın qiymət proqnozunu gələn il üçün 2500 dollar/unsiyaya qaldırıb.

Bankın təhlilçisi Fahad Tariq qızıl qiymətlərini rekord həddə yüksəltməyə məcbur edən amillərə diqqət çəkib:

“Zəifləyən dollar, ABŞ xəzinədarlıq istiqrazlarının gəlirinin aşağı düşməsi və geniş yayılmış inflyasiya gözləntiləri qızıldakı yüksəlişə dəstək verəcəkdir. Qızıl üçün orta müddətli proqnozumuz yuxarı qalmaqda davam edir və ideal bir dəst təşkil edən makroiqtisadi amillər bunu dəstəkləyir”.

Bankın 2021-ci il üçün əvvəlki qiymət proqnozu 1800 dollar/unsiya idi.

“Credit Suisse” 2020-ci ilin qalan müddətində qızılın qiymətinin orta hesabla 2000 dollar, 2021-ci illə müqayisədə 2022-ci ildə isə 2200 dollara düşəcəyini gözləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər