İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iki obyektin uzun müddət yoxlanılması tələbinə icazə verib.
Teleqraf.com cəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Mariano Qrossi açıqlayıb.
O bildirib ki, İranın iki quruma giriş icazəsi verməsi sevindiricidir: “Bu məsələdə razılaşma tərəflər arasında əməkdaşlığı və qarşılıqlı inamı artıracaq”.
Qrossi BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Agentliyin İranın nüvə fəaliyyəti ilə əlaqədar apardığı yoxlama və monitorinq işlərini özündə əks etdirən məlumatları da paylaşıb:
“İrana səfərim zamanı Prezident Həsən Ruhani yüksək səviyyəli rəsmilərlə görüşdüm və BAEA-nın iki obyektə giriş problem həll olundu”.