SOCAR Ukraynada premium-klass tipli yanacaqdoldurma şəbəkəsini genişləndirməkdədir. Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, oktyabrın 14-də Kiyev vilayətinin Obuxov şəhərində yolun paytaxta gedən istiqamətində sayca 40-cı “SOCAR” yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.
Burada alıcılara Polşa, Litva və Belarusun qabaqcıl emal zavodlarında istehsal olunmuş Avro-5 standartına cavab verən neft məhsulları - A-92, A-95, A-95 “Nano” benzinləri və “Nano” dizel yanacağı təklif edilir. YDM ərazisində “BUTA kafe” və mağaza fəaliyyət göstərir. Burada müştərilərə onların rahatlığını təmin edən bir sıra xidmətlər - avtomobillərin su təchizatı, yuyulması, təkərlərin doldurulması, dayanacaq, internet, mobil telefonların enerji təchizatı, kompüter, printer və skanerdən istifadə pulsuz təklif olunur.
Naibə