13 Oktyabr 2020 17:33
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın sanksiyaları ölkəmizin iqtisadiyyatında sərt şərait yaratdı, lakin müəyyən səylər sayəsində xaricdə bloklanan mənbələrin istifadəsi artır”.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda təşkil edilən İqtisadi Koordinasiya Mərkəzinin toplantısında çıxışı zamanı deyib.

Ruhani hökumətin bölgədəki ölkələrlə bağladığı maliyyə müqavilələrini sürətlə həyata keçirmək üçün səy göstərdiyini ifadə edib: “Xaricdə bloklanmış valyuta ehtiyatlarımızdan istifadə etməyə çalışırıq. Çinlə, eləcə də Avrasiya ölkələri və yaxın qonşularla enerji, texnologiya və iqtisadi əlaqələri inkişaf etdirmək üçün xüsusi planlar hazırlamalıyıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər