21 Dekabr 2020 13:51
3 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

10:34

Çinin Sincan Uyğur Muxtar Vilayətində 109 milyard kubmetr təbii qaz ehtiyatı tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “PetroChina” şirkətinin Sincan şöbəsinin baş meneceri Huo Cin məlumat verib.

O bildirib ki, qaz axtarış sahəsi hövzəsindən 156 kvadrat kilometr cənub ərazini əhatə edən yataqdan gündəlik 610 min kubmetr təbii qaz ehtiyatı və 106.3 kubmetr xam neft çıxarılacağı gözlənilir.

Dünyanın ən böyük enerji istehlakçısı olan Çinin şimal-qərbindəki Uyğur bölgəsi neftlə yanaşı, qızıl, platin, gümüş, uran və kömür, eləcə də bir çox yeraltı qaynağa sahibdir.

“PetroChina” 2019-cu ilin oktyabr ayında muxtar bölgənin cənubunda apardığı kəşfiyyat işində 115,3 milyard kubmetr təbii qaz ehtiyatı tapmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər