“Qlobal neft istehsalı pandemiyadan əvvəlki səviyyəsindən gündəlik ortalama 6-7 milyon barel geridə qalır. Neft tələbinin bərpası 3 il çəkə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
Nazir qeyd edib ki, koronavirusun mutasiyaya uğramış yeni növü aşkarlanandan İngiltərədə uçuşlar dayandırılıb: “Proseslərin belə davamı neft qiymətlərinə mənfi təsir göstərir.
COVID-19 pandemiyasında ikinci dalğanın neft tələbinə təsiri ilk dalğaya nisbətən daha yumşaqdır. Neft istehsal edən ölkələrdə hasilatın sürətli artması bolluğa səbəb ola bilər. Hasilatın yalnız tələb olduğu təqdirdə artması vacibdir”.