9 Fevral 2021 09:50
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft ixracatı gəliri 2020-ci ildə əvvəlki ilə nisbətən 40,8 faiz azalaraq 72,3 milyard dollar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Ötən il Rusiyanın neft ixracatının həcmi 2019-cu ilə müqayisədə 11,4 faiz azalaraq 239 milyon ton olub.

Sözügedən dövrdə Rusiyanın kömür ixracatı gəliri də 2019-cu ilə müqayisədə 22,5 faiz azalaraq 12,3 milyard dollara düşüb.

Qeyd edək ki, neft və təbii qaz ixracatı Rusiyada federal büdcənin təxminən 40 faizini təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər