18 Fevral 2021 17:12
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 3 milyon 161,4 min ton neft nəql olunub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, nəqletmənin 79,4 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib.

Ay ərzində bu kəmərlə 2 milyon 509,3 min ton neft nəql edilib.

Ötən ay BTC ilə 276,1 min ton tranzit nefti də ötürülüb.


Müəllif: Yeganə Oqtayqızı