Dünya bazarlarında “Brent” markalı neftin qiyməti oktyabrın əvvəlindən sonra ilk dəfə 78 ABŞ dollara düşüb.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 8.46-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,2% ucuzlaşaraq, 1 bareli 78,74 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,04% aşağı düşərək, 1 bareli 75,91 ABŞ dolları təşkil edib.
Treyderlər ABŞ və Yaponiyanın öz strateji ehtiyatlarından xammal satışına başlamağa hazırlaşması ehtimalını qiymətləndirirlər. Analitiklər Yaponiyanın belə bir addım atacağı ehtimalının az olduğunu güman edirlər.