Avropa İttifaqı Ədalət Məhkəməsi (AİƏM) Avropa İttifaqı (Aİ) Komissiyasının 12 il əvvəl rəqabətə zidd hərəkətlərinə görə “Intel” şirkətinə tətbiq etdiyi 1,06 milyard avro məbləğində cəriməni ləğv edib.
Teleqraf.com xəbər verir ki, eyni məhkəmə Komissiyanın 2009-cu ildə çıxardığı hökmü 2014-cü ildə qüvvədə saxlayıb.
Lakin 2017-ci ildə Avropa İttifaqı Ədalət Məhkəməsi “Intel”in şikayətindən sonra qəbul edilən qərarla AİƏM-in bu işə yenidən baxması barədə qərar çıxarıb. Qərardan sonra “Nasdaq”da açılış öncəsi ticarətdə “Intel” səhmləri 1,6 faiz artıb.