1 Fevral 2022 15:17
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal inflyasiyanın yüksək kursu yaxın 1-2 ildə yavaşlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Matias Korman (Mathias Korman) bəyan edib.

O bildirib ki, mərkəzi banklar faiz dərəcələrini artırdıqca və pandemiyanın yaratdığı tədarük zəncirində problemlər azaldıqca inflyasiyanın qlobal miqyasda yavaşlayacağı gözlənilir: “İnanırıq ki, 12-18 aylıq dövrdə inflyasiya təzyiqləri zəifləyəcək. Buna pul siyasəti ilə cavab veriləcək, böhran zamanı fiskal stimullar tədricən azalacaq, lakin qlobal tələb və təklif tənliyində yenidən tarazlıq olacaq”.

Matias Korman sürətlə yayılan omikron variantının iqtisadi böyüməyə təsir edəcəyini düşünür: “Lakin qlobal iqtisadiyyat bununla mübarizə aparmaq üçün yaxşı mövqedədir. Dünya iqtisadiyyatı pandemiyanın ilk dövrü ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Biz staqflyasiya (inflyasiya və işsizliyin eyni anda baş verməsi) ssenarisini gözləmirik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər