17 Mart 2022 12:11
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada illik inflyasiya 2,1 bənd artaraq 12,5 faizə çatıb. Bu, 2015-ci ilin dekabrından bəri ən yüksək hədd sayılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

Bildirilir ki, sanksiyalara görə 5-11 mart tarixlərini əhatə edən həftə ərzində ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.

Həftəlik inflyasiya isə 2,1 faizə yüksəlib.

Ölkədə Rusiya rublunun dollara nisbətdə ucuzlaşması hələ qiymətlərdə tam əks olunmayıb və inflyasiyanın daha da artacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər