13 Aprel 2022 22:38
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha yüksək əməkhaqqı verilən sahələr məlum olub.

Teleqraf.com-un məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Qeyd olunan müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub.

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1 milyon 682,1 min nəfər olub.


Müəllif: Teleqraf.com