9 Dekabr 2014 23:50
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 4-5 ildə Azərbaycanın sığorta bazarında bir sıra müsbət irəliləyişlər müşahidə olunur. Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu sahədə aparılan islahatlar ölkədə sığorta bazarının inkişafı üçün əlverişli şərait yaradıb: "Bazarın həcmi xeyli artıb və sığorta sektorunun konsolidasiyası baş verib. Risk əməliyyatları ilə məşğul olan bir çox şirkət fəaliyyətini istənilən səviyyədə aparmadığına görə bazarı tərkb edib. Nazirlik bu şirkətlərin lisenziyasını ləğv edib".

S.Şərifov qeyd edib ki, 4-5 şirkəti çıxmaq şərti ilə bazarda sağlam şirkətlər fəaliyyət göstərirlər: "Sığorta şirkətlərinin kapitallaşmasına olan tələb bazara müsbət təsir edib. Bu sahədə yeni alətlər tətbiq etməyə çalışırıq. Yaxın vaxtlarda bazarda yeni alətlər yaranacaq".


Müəllif:

Oxşar xəbərlər