28 Yanvar 2023 13:17
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvləri Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu komitənin üzvü Vüqar Bayramov deyib.

Deputat görüşdə həmkarları Məzahir Əfəndiyev və Aydın Hüseynovla birlikdə Dünya Bankı ilə əlaqələrin və Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramı (OMXÇ PQP) çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdiklərini bildirib:

“Vurğuladıq ki, Milli Məclis və təmsil etdiyimiz komitə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də büdcə siyasəti sahəsində şəffaflığın təmin edilməsi və yeni alətlərdən istifadə olunması istiqamətində intensiv fəaliyyət həyata keçirir. Həmçinin dövlət xərcləmələrinin səmərəli şəkildə həyata keçirilməsinin, buna Milli Məclisin nəzarətinin gücləndirilməsinin, bununla bağlı proqramların monitorinqinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən bəhs etdik. Bu istiqamətdə hökumət nümayəndələri və aidiyyəti beynəlxalq qurumlarla davamlı əməkdaşlığın olduğunu da diqqətə çatdırdıq.

Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis başçılıq etdiyi nümayəndə heyəti adından bu görüşə görə təşəkkürünü ifadə etdi. O, rəhbərlik etdiyi qrupda ortamüddətli büdcənin hazırlanması ilə məşğul olan mütəxəssislərin təmsil olunduğunu söyləyib. Qonaq komitə üzvləri ilə əvvəlki görüşləri xatırlayaraq, bu sahədə faydalı fikir mübadiləsinin aparıldığını bildirdi”.


Müəllif: Yeganə Oqtayqızı