16 Yanvar 2015 08:06
854
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 5,5 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.

Teleqraf.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl, yanvarın 9-da Fitch beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 4 faiz, inflyasiyanın isə 8,5 faiz səviyyəsində olacağın açıqlamışdı.

Bundan əvvəl Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan etmişdi ki, 2015-ci ildə neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində qalacağı təqdirdə Rusiyanın ÜDM-i 4-5 faiz aşağı düşəcək.

Qeyd edək ki, Londonun ICE qitələrarası birjasında yanvarın 15-də “Brent” markalı neftin bir barelinin qiyməti 47,67 dollar təşkil edib.

Dünya Bankı Rusiyanın ÜDM-nin 2015-ci ildə 2,9 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.


Müəllif:

Oxşar xəbərlər