Dünya bazarlarında neft qiymətləri azalıb.
Teleqraf.com xəbər verir ki, WTI markalı neftin may füçersləri 0,83% ucuzlaşaraq bir barelinin qiyməti 82,45 ABŞ dolları olub.
“Brent” markalı neftin may füçersləri isə 0,81% ucuzlaşaraq bir barelinin qiyməti 86,58 ABŞ dolları təşkil edib.