Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
Teleqraf.com AMB-yə istinadla xəbər verir ki, bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 713,7 milyon dollar təşkil edib.
Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 52,9 milyon dollar çoxdur.