“Günəşli” yatağındakı 14 nömrəli stasionar dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu Sabunçu lay dəstəsinin IV horizontundan, 2018-2013 metr intervaldan gündəlik 160 min kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.