1 Sentyabr 2015 18:16
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 871 787 ton xam neft ixrac edib.

Teleqraf.com-un SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ilin avqust ayında nisbətən Ceyhandan ixrac 55% azalıb.

Ümumilikdə, yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 272 041 ton xam neft ixrac edilib ki, bu da illik müqayisədə 19% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus həcmləri əks etdirir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.


Müəllif:

Oxşar xəbərlər