7 Dekabr 2015 13:13
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş Türkiyə-Rusiya böhranından sonra Azərbaycanın tranzit məsələsində 40 faiz endirim etdiyini bildirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, nazir Mustafa Elitaç təbii qaz və neft ixrac edən Azərbaycan, Qətər, İraq və digər ölkələrlə gələcəkdə Rusiyadan olan enerji asılılığını azaltmaq üçün danışıqlar apardıqlarını söyləyib.

Nazir "Kayserinin gələcəyi" toplantısında Türkiyə-Rusiya böhranı başladıqdan sonra “Azərbaycanın dostluğunu, qardaşlığını göstərdiyini” bildirib.

Nazir Türkiyəyə məxsus 300 TIR-ın Azərbaycan-Rusiya sərhəddindən keçməsinə göstərdiyi köməkliyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Nazir Mustafa Elitaş Türkiyə-Azərbaycan arasında tranzit qiymətlərində 40 faiz endirim haqqında razılığın əldə olunduğunu bildirib. O, viza ilə bağlı problemlərin də aradan qaldırılacağını söyləyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər