Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, qəbul martın 16-sı, saat 11:00-da təşkil olunacaq.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Salyan rayon şöbəsində (02125) 5-50-61
Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22
Hacıqabul rayon şöbəsində (02120) 4-41-31
Neftçala rayon şöbəsində (02126) 3-34-00
Biləsuvar rayon şöbəsində (02529) 5-00-22
Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.