15 Mart 2016 13:18
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft və qaz quyularının sementlənməsi prosesində istifadə olunan tamponaj sementinin keyfiyyətinin ölçülməsi mütləq vacib məsələdir.

“Azneft“ İstehsalat Birliyindən verilən məlumata görə, 2014-cü ildə Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi ləğv olunana qədər tamponaj sementinin keyfiyyətinin ölçülməsi bu idarənin nəzdində fəaliyyət göstərən sementin analizi laboratoriyasında həyata keçirilib.

İdarə ləğv olunduqdan sonra tamponaj sementinin keyfiyyətinin ölçülməsi zərurəti yaranıb. “Azneft“ İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun təşəbbüsü ilə sözügedən labartoriyanın “Azneft” İstehsalat Birliyinin nəzdində yaradılmasına dair müvafiq göstəriş verilib. Bundan sonra, sözügedən laboratoriyanın H.Z.Tağıyev adına NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsinin nəzdində yaradılması prosesi başlanıb. Laboratoriya müvafiq olaraq, lazımi avadanlıqlar və cihazlar ilə təchiz olunub.

Laboratoriya 2015-ci ilin sonundan etibarən tam gücüylə işləməyə başlayıb. Artıq, burada tamponaj sementinin keyfiyyətini ölçmək tam mümkündür. Bu laboratoriyada “Azneft” İstehsalat Birliyinin bütün neft və qaz çıxarma idarələri üçün quyuların sementlənməsi zamanı istifadə olunan tamponaj sementinin fiziki-mexaniki parametrləri təyin olunur. Bütün bunlar istifadə olunan tamponaj sementinin keyfiyyət göstəricilərini nəzarətdə saxlamağa və parametrlərin texniki şərtlərə uyğun gəlməsinə zəmin yaradır.

Həmçinin, sözügedən laboratoriyada quyudibi ətrafına təsir üsullarından biri olan ingibirləşdirilmiş xlorid turşusunun təhlili də həyata keçirilir. Belə ki, bu turşu qəbul edilərkən ondan nümunə götürülür və laboratoriyada turşunun bütün parametrləri təyin olunur və nəticələr alınma pasportundakı parametrlərlə müqayisə olunur. Müqayisənin nəticələri müvafiq struktur bölmələrinə göndərilir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər