24 May 2016 14:35
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-dən Bakıda ilk dəfə olaraq “IV Yay Süd Sammiti” və “II Beynəlxalq Pendir Forumu” keçirilir. Bilgəh qəsəbəsinin “Jumeirah Bilgah” otelində baş tutan üçgünlük forum Rusiya Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Dumasının Aqrar Məsələlər üzrə Komitəsinin, Rusiyanın və bir çox digər ölkələrin aparıcı süd istehsalçılarının və emalçılarının dəstəyi ilə keçirilir.

Forum barədə Teleqraf.com-a məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Tərlan Əsgərov deyib ki, tədbirin təşkilində əsas məqsəd MDB, Avropa Birliyi və digər ölkələrin süd istehsalçıları və emalçıları arasında əməkdaşlıq əlaqələri yaratmaqdır: “Pendir festivalı ideyası Rusiyanın “Daily News” agentliyinə məxsusdur. Ümumilikdə bu, səkkizinci, ölkmizdə isə ilk belə forumdur. Gələn il isə Gürcüstanda, Batumidə keçiriləcək.

Hazırda bizdə keçirilən tədbirdə 15 ölkədən olmaqla təxminən 160 nümayəndə iştirak edir. Bu toplantıda süd və süd məhsulları istehsal edən firmalar faəliyyətlərini koordinasiya edir, yeni partnyorlar tapırlar”.

Tərlan Əsgərov deyir ki, Azərbaycana məxsus süd məhsullarını dünyada tanıtmaq üçün belə forumlar yaxşı fürsət yaradır: “Bu gün məruzəmdə də ancaq ölkəmizə məxsus olan süd məhsulları barədə məlumat verdim. Məhsulların təqdimatı oldu, hazırlanma qaydası barədə forum iştirakçıları məlumatlandırıldı.

Bu tədbir ölkəmizə məxsus şor, qatıq, süzmə kimi məhsullarımızın dünya bazarına çıxarmağımıza, onların milli brendə çevirməyimiz üçün imkan yaradır”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər