5 Sentyabr 2016 15:41
3 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi Yaşar İsakovla ailə quran tanınmış tele-aparıcı İradə İsaq Teleqraf.com-a müsahibə verib.

-Sentyabrın 1-də ailə qurdunuz, toyunuz oldu. Bal ayına getmisinizmi, yaxud getməyi planlaşdırırsınızmı?

-Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Nə qədər mətbuat nümayəndələri zəng etdilər, danışmadım. İşlə, jurnalistika ilə bağlı suallarınıza cavab verə bilərəm, amma şəxsi həyatla əlaqəli sualları cavablandırmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Bu haqda tamaşaçıya nə isə deməyi düzgün hesab etmirəm.

-Toyunuzda gəlinlik geyinməməyiniz təəccüblə qarşılandı. Buna səbəb nə idi?

-Gəlinlik geyinməməyimin böyük bir səbəbi yoxdur. Niyə müzakirə mövzusu edirlər? Bəzi saytlar çox şeylərə toxundular. Məncə, lazım deyil. Mən özüm bilərəm nə geyinirəm... Toy paltarım öz seçimim idi. O cür görünmək istədim. Bunun məsələyə nə dəxli var?

-Oğlunuz Yunisin toyunuzda qonaqları qarşılamasına müxtəlif yöndə reaksiyalar oldu. Buna münasibətiniz necədir?

-Yunis uşaqdır və məclisdə heç bir qonaq qarşılamayıb. Uşaq olduğu üçün də zalda çox otura bilməzdi. Zala gəlib-gedirdi. Həmin vaxt qonaqlar zala daxil olurdular. O da rastlaşdığı qonaqlarla, qohum-əqrəba, dost-tanışla rastlaşanda görüşüb. O uşaqdır, hələ qonaq qarşılamaq nədir, başa düşmür. Ona deyilməyib ki, qonaqları qarşıla... Sadəcə, Yunisə kimlərin gəldiyi maraqlı idi. Baxırdı, sonra nənəsinə, babasına deyirdi ki, Filankəs gəldi.

Bir daha deyirəm, oğlum qonaq qarşılamayıb, ona deməmişəm ki, qonaq qarşıla və ya bunu et. 11 yaşı var, sərbəst qərar verir. O nə boş şeylərdir, danışırlar?.. Jurnalistlər nələrə fikir verirlərmiş?.. Bu, heç mənim ağlıma gəlmir. Heç zaman belə xırdalıqlara əhəmiyyət verməmişəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər