Müğənni Sevil və Sevinc bacılarının "Son öpüş" klipinin təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, "Sön öpüş" adlı mahnının sözləri Leyli İsrafilovaya, musiqisi Hacı Nazimə aiddir. Moskvada çəkilın klipin rejissoru Rusiyada Serqey Lazerev və Filipp Kirkorov kimi ulduzların kliplərini ərsəyə gətirən Ekaterina və Dmitridir.
Təqdimatda iştirak edən xalq artisti Faiq Ağayev əkizləri təbrik edib: "Sevil və Sevinc bacılarını çox sevirəm. Mahnının bəstəkarı Nazimə təşəkkür edirəm və bacılara bolluca uğur arzu edirəm".
Gecədə xalq artisti Faiq Ağayev, müğənnillər Elton Hüseynəliyev, Ayaz Qasımov, Yaşar Yusub, Aysel Əlizadə, aparıcılar Hacı Nuran, Nanə Ağamalıyeva, Afaq Gəncəli, Stilist Samir(Samiraldo) Əliyev, Lamiyə Ələkbərova və b. iştrak ediblər.
Klip 260 min dollara başa gəlib.
Rəqsanə