Bir müddətdir İstanbula köçən müğənni Ayan Babakişiyeva yeni avtomobil alıb.
Axşam.az-a açıqlamasında sənətçi maşını qızının istəyi ilə aldığını bildirib: “Selena həmişə qırmızı maşın istəyirdi, ona görə də aldım. Burada vergi çox olduğu üşün maşınlar bahalıdır. Bu avtomobilə ödədiyim pula Bakıda ən bahalı maşını almaq olardı. “Renault Capter” 2016-cı il modelidir”.
Qeyd edək ki, A.Babakişiyeva bundan əvvəl Türkiyədə özünə BMW markalı avtomobil də alıb.