Xalq artisti Zülfiyyə Xanbabayeva prodüseri Nigar Hacızadə ilə işbirliyinə son qoyması xəbərlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, müğənni “ATV maqazin” onlarla verilişində bunların şayiə olduğunu deyib: “Biz ayrılmamışıq. Bizim işin təməlində dostluq dayanır, bunu heç kim söküb ata bilməz. Onun başqası ilə çalışmasını da qısqanmıram. Əlimdən gələn qədər dəstək göstərəcəm”.